Medianews.az
Modriç futbolla vidalaşır? -
92 baxış

Modriç futbolla vidalaşır? - Özü danışdı

Xorvatiya millisinin kapitanı Luka Modriç karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Medianews.az xəbər verir ki, o, DÇ-2026-nın 1/16 finalında Portuqaliyaya uduzduqları (1:2) oyundan sonra gələcək planları barədə danışıb.

Məşhur insayder Fabrisio Romanonun yaydığı məlumata görə, 40 yaşlı yarımmüdafiəçi mövzu ilə bağlı qısa danışıb: "Hazırda gələcəyim haqqında danışmağın vaxtı deyil... Tezliklə hər şeyi öyrənəcəksiniz."

Qeyd edək ki, təcrübəli futbolçunun 2025-ci ildən bəri çıxış etdiyi "Milan" klubu ilə müqaviləsi bu ilin 30 iyununda başa çatsa da, tərəflər ayrılıq barədə rəsmi açıqlama verməyiblər.

Karyerası ərzində "Real Madrid", "Tottenhem" və "Dinamo Zaqreb" kimi klublarda iz qoyan Modriç, Xorvatiya yığmasının heyətində meydana çıxdığı 202 matçda 29 qol vurub.

Bizə qoşulun