Medianews.az
Miqrenə səbəb ola biləcək
57 baxış

Miqrenə səbəb ola biləcək QİDALAR

“Köhnə pendirlər və spirtli içkilər miqrenə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu qastroenteroloq Olqa Çistikin deyib.

Çistik izah edib ki, müəyyən qidalar tiramin, histamin, nitritlər və ya monosodyum qlutamat kimi maddələrin olması səbəbindən miqrenə səbəb ola bilər. Onun sözlərinə görə, baş ağrılara köhnəlmiş pendirlər, vetçina, bekon və kolbasa kimi duzlu ətlər, eləcə də spirtli içkilər, xüsusən də qırmızı şərab, şampan, viski və pivə səbəbdir.

Miqrenə həmçinin tünd və südlü şokolad, sitrus meyvələri, banan, avokado, maya məhsulları, duzlu, hisə verilmiş, turşuya qoyulmuş və ya qurudulmuş qidalar da təsir göstərir.

Həkim əlavə edib ki, çox miqdarda kofein baş ağrılarına da səbəb ola bilər. Çistik həmçinin xatırladıb ki, kofein yalnız qəhvədə deyil, həm də çayda olur.

Medianews.az

Bizə qoşulun