“Bağırsaq iltihabı xərçəng riskini altı dəfə artırır”.
Medianews.az xəbər verir ki, bunu həkim Sara Berri deyib.
O bildirib ki, rəhbərlik etdiyi genişmiqyaslı bir araşdırma bağırsaq xəstəlikləri, o cümlədən kron xəstəliyi, xoralı kolit və kolorektal xərçəngi arasında əlaqəni aşkar edib.
Onun sözlərinə görə, xroniki bağırsaq iltihabı gənc yaşda xərçəng inkişaf riskini altı dəfə artırır.
Ekspert digər mümkün səbəb kimi ultra emal olunmuş qidaların tez-tez istehlakını göstərib.
Medianews.az