Medianews.az
Madaqaskarda milli fəlakət rejimi
103 baxış

Madaqaskarda milli fəlakət rejimi elan olundu

Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan “Gezani” siklonu ilə əlaqədar milli fəlakət rejimi elan edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, elan olunmuş rejim hakimiyyət orqanlarına daha səmərəli qərarlar qəbul etməyə və əməliyyatları daha yaxşı əlaqələndirməyə imkan verir.

Madaqaskar qanunvericiliyinə əsasən, milli fəlakət rejimi 15 gün müddətində qüvvədə ola bilər və bu müddətin uzadılması imkanı mövcuddur.

Madaqaskarın Risklərin Azaldılması və Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin son məlumatına görə, siklonun adaya daxil olması nəticəsində 36 nəfər həlak olub, 374 nəfər xəsarət alıb, 6 nəfər isə itkin düşmüş hesab olunur.

Ümumilikdə siklonun fəsadları 257 mindən çox insanın güzəranına təsir göstərib, təxminən 9 min nəfər evini tərk etməyə məcbur olub.

Bizə qoşulun