İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.
Medianews.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
"Fənərbağça" 24 yaşlı futbolçunun transferi ilə bağlı "Marsel"lə tam razılığa gəlib.
Məlumata əsasən, İstanbul təmsilçisi Fransa klubuna 40 milyon avro sabit ödəniş edəcək. Bundan əlavə, müqavilədə 2 milyon avro məbləğində bonus da nəzərdə tutulub.
Transferdən "Mançester Yunayted" də gəlir əldə edəcək. Belə ki, növbəti satışdan pay maddəsinə əsasən, İngiltərə klubu 10 milyon avrodan çox qazanacaq.
Bildirilir ki, Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayacaq. Onun illik maaşı isə təxminən 10 milyon avro olacaq./Qol.az