İspaniya millisinin gənc yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Lionel Messi ilə söhbəti barədə danışıb.
Mediamews.az-ın məlumatına görə, Yamal bildirib ki, Argentina kapitanı ona öz yolunu davam etdirməyi və gələcəyin onların nəslinə məxsus olduğunu deyib.
“Bir neçə il əvvəl mənə desəydilər ki, Leo Messi ilə oynadığım finaldan sonra Dünya Kubokunu qaldıracağam, inanmazdım. O, futbol tarixinin ən yaxşısıdır və mən həmişə ona heyran olmuşam. Matçdan sonra ona hörmətimi ifadə etdim”, – deyə Yamal bildirib.
Gənc futbolçu əlavə edib ki, Messinin bu sözləri onun üçün boynundakı qızıl medal qədər dəyərlidir.
Qeyd edək ki, İspaniya 19 iyulda keçirilən finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın qalibi olub.
Mediamews.az