Medianews.az
Messi oyun vaxtı komanda yoldaşına
59 baxış

Messi oyun vaxtı komanda yoldaşına elə jest etdi ki...

Argentina millisinin hücumçusu Lionel Messi Zambiya ilə yoldaşlıq oyununda maraqlı addım atıb.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, o, matçın gedişində penalti zərbəsini yerinə yetirmək hüququnu komanda yoldaşı Nikolas Otamendiyə verib.

“İnter Mayami”nin forvardının görüşdə dubl etmək imkanı olub, lakin zərbəni Otamendinin yerinə yetirməsini istəyib. Müdafiəçi səhv etməyib və hesabı 3:0-a çatdırıb, bundan qısa müddət sonra isə əvəzlənib. Böyük ehtimalla, “Benfika”nın 38 yaşlı futbolçusu üçün bu, yerli azarkeşlər önündə milli komandadakı son oyun olub.

Qeyd edək ki, qarşılaşma 5:0 hesabı ilə başa çatıb. Digər qolları Xulian Alvares və Valentin Barko vurublar, bir epizodda isə avtoqol qeydə alınıb.

Bizə qoşulun