Medianews.az
Məşhur teleşouda qalmaqal:
100 baxış

Məşhur teleşouda qalmaqal: İki qadına təcavüz edildi

Böyük Britaniyada “İlk tanışlıqdan nikaha” adlı televiziya şousu ilə bağlı ciddi qalmaqal ortaya çıxıb. İki iştirakçının çəkilişlər zamanı təcavüzə məruz qaldığı iddia olunub.

Medianews.az xəbər verir ki, bu haqda “BBC One” kanalında yayımlanan sənədli filmdə bildirilir. 

Məlumata görə, şou iştirakçılarından daha bir qadın da partnyoru tərəfindən seksual zorakılığa məruz qaldığını bildirib.

Zərərçəkənlərin kimliyi açıqlanmır. Kanal nümayəndələri məsələni araşdırdıqlarını və iştirakçıların təhlükəsizliyinə önəm verildiyini bildiriblər.

Medianews.az

Bizə qoşulun