Medianews.az
Məşhur serialllar ilə bağlı
57 baxış

Məşhur serialllar ilə bağlı SƏRT QADAĞA

Türkiyənin Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən silahlı məktəb hücumları media və əyləncə sektorunda ciddi dəyişikliklərə səbəb olub.

Medianews.az xəbər verir ki, son günlərdə baş verən bu faciələr nəticəsində Kahramanmaraşda bir müəllim və 9 şagird həyatını itirib, ümumilikdə isə 30-dan çox insan yaralanıb.

Hadisələr cəmiyyətdə böyük rezonans doğurub və zorakılıq mövzusunun televiziya və video oyunlarda necə təqdim edildiyi yenidən müzakirəyə çıxarılıb. Xüsusilə, zorakı səhnələrin gənclərə təsiri ilə bağlı narahatlıqlar artıb.

Müzakirələrin fonunda bir sıra televiziya layihələri artıq yayım cədvəlindən çıxarılıb. “Yeraltı”, “Eşref Tek”, “A.B.İ.” və “Taşacak Bu Deniz” kimi cinayət və zorakılıq motivli serialların yeni bölümlərinin yayımı dayandırılıb.

Məlumata görə, prodüserlər yaranmış ictimai təzyiqi nəzərə alaraq ssenarilərdə dəyişiklik etməyə başlayıblar. Yeni qərarlara əsasən, seriallarda zorakılıq səhnələrinin azaldılması planlaşdırılır.

Digər tərəfdən, reklam sektoru da bu prosesə qoşulub. Bir çox şirkətlər zorakılıq elementləri olan televiziya məhsullarına reklam dəstəyini dayandırmaq qərarına gəlib. Yapı Kredi bankının Korporativ Kommunikasiyalar direktoru Arda Öztaşkın bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra belə məzmunlu seriallarda reklam yerləşdirməyəcək.

Ekspertlər hesab edir ki, bu addımlar televiziya məzmununun daha məsuliyyətli şəkildə hazırlanmasına gətirib çıxara bilər. Bununla yanaşı, bəzi mütəxəssislər zorakı məzmunla real hadisələr arasında birbaşa əlaqənin elmi baxımdan tam sübut olunmadığını da vurğulayırlar.

Baş verənlər fonunda Türkiyədə media siyasətinin və kontent standartlarının daha sərtləşdiriləcəyi istisna edilmir.

Medianews.az

Bizə qoşulun