Medianews.az
Məşhur futbolçu ilə bağlı etirafı
68 baxış

Məşhur futbolçu ilə bağlı etirafı gündəm oldu

Məşhur amerikalı aktrisa Sidni Suini şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.

Medianews.az xəbər verir ki, aktrisa gənc yaşlarında tanınmış futbolçudan mesaj aldığını etiraf edib.

28 yaşlı aktrisa müsahibəsində bildirib ki, fransız futbolçu Kərim Benzema ona 15 yaşında olarkən sosial şəbəkədə mesaj yazıb.

“Sizə bu günə kimi hansısa bir idmançı mesaj yazıbmı?” sualına cavab verən Suini belə deyib: “Bəli, Kərim Benzema. O, mənə 15 yaşımda mesaj göndərmişdi. Nə yazdığını xatırlamıram. O zaman kim olduğunu bilmirdim, amma profilinə baxanda çox təəccübləndim”.

Aktrisa eyni zamanda şəxsi həyatı ilə bağlı da danışıb. Bu yaxınlarda 7 illik nişanlısı ilə ayrıldığını xatırladan Suini hazırda həyatında heç kimin olmadığını bildirib.

“Hazırda azad qadınam. Sevgi üçün qapını bağlamıram, amma hazırda münasibət istədiyimdən əmin deyiləm. Bütün diqqətimi layihələrimə yönəltmişəm. Çox tezliklə yeni işlərlə geri dönəcəyəm”, – deyə aktrisa qeyd edib.

Medianews.az

Bizə qoşulun