“Taxt Oyunları” (“Game of Thrones”) serialı ilə tanınan aktyor Maykl Patrik 35 yaşında vəfat edib.
Medianews.az xəbər verir ki, onun Şimali İrlandiyada yerləşən bir qayğı mərkəzində dünyasını dəyişdiyi bildirilib.
2023-cü ildə aktyora motor neyron xəstəliyi diaqnozu qoyulmuşdu və o, uzun müddət bu xəstəliklə mübarizə aparıb.
Aktyorun həyat yoldaşı Naomi Şihan sosial şəbəkədə paylaşım edərək, onun ailəsi və yaxınlarının əhatəsində, sakit şəkildə vəfat etdiyini açıqlayıb. O, mərhumun həyatsevərliyi və insanlara verdiyi ilhamla yadda qalacağını qeyd edib.
Qeyd edək ki, Maykl Patrik serialın 6-cı mövsümündə qısa epizodik rolda çıxış etmişdi.
Mütəxəssislərə görə, motor neyron xəstəliyi hərəkəti idarə edən sinir hüceyrələrini zədələyən, zəiflik və hərəkət məhdudiyyəti yaradan ağır nevroloji xəstəlikdir və onun dəqiq müalicəsi hələlik mövcud deyil.
Medianews.az