Medianews.az
Məşhur aktrisa haqqında saxlanma qərarı:
128 baxış

Məşhur aktrisa haqqında saxlanma qərarı: Açıqlama verdi - FOTO

Türkiyəli aktrisa Sinem Ünsal barəsində narkotik istintaqı çərçivəsində saxlanma qərarı verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Medianews.az xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı əməliyyat zamanı evində tapılmayan aktrisa sosial şəbəkədə açıqlama verib. O, hazırda çəkilişlər səbəbilə Mardində olduğunu bildirib.

S.Ünsal qeyd edib ki, adının belə bir məsələ ilə hallanmasından narahatdır. Lakin həqiqətin ortaya çıxacağına inanır və istintaqa hörmətlə yanaşır. O, üzərinə düşənləri yerinə yetirmək üçün qısa zamanda İstanbula qayıdacağını vurğulayıb.

Xatırladaq ki, sözügedən iş üzrə bir sıra tanınmış şəxslər haqqında da saxlanma qərarı verilib.

Medianews.az

 

Bizə qoşulun