Türkiyəli aktyor Mert Yazıcıoğlu yeni layihəsi ilə yenidən ekranlara qayıdır.
Demokrat.az xəbər verir ki, o, Netflix üçün TMC Film imzası ilə hazırlanan “Aras” adlı serialda baş rolu canlandıracaq.
Məlumata görə, aktyorun bu qərarı “Kuruluş Orhan” serialından sonra dəyərləndirdiyi yeni layihələr arasından seçilib. Serialın rejissoru onun əvvəlki işi “Kızıl Goncalar”ı da çəkən Ömür Atay olacaq.
Serialın süjet xətti ilə bağlı yeni detallar da ortaya çıxıb. Bildirilir ki, Yazıcıoğlu İstanbulda iti ilə yaşayan təcili yardım həkimi "Aras" obrazını canlandıracaq. Həyatı ilə bağlı bildiyi hər şeyin yalan olduğunu öyrənən Aras köklərini tapmaq üçün Doğubayazıta yollanır və burada bir malikanədə özünü qan davasının ortasında tapır. Bu prosesdə o, "Ceylan" adlı personajla yaxınlaşır.
Serialın çəkilişlərinin yaxın zamanda başlaması gözlənilir.
06.07.2026, 07:10
137
baxış
Zara Editor