Medianews.az
Fransa prezidenti 17 ildən sonra ilk dəfə bu ölkəyə gedəcək
115 baxış

Fransa prezidenti 17 ildən sonra ilk dəfə bu ölkəyə gedəcək

Emmanuel Makron 17 il sonra Suriyaya səfər edən ilk Fransa Prezidenti olacaq.

Bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Makron həmçinin 2024-cü ilin sonunda Əhməd Əl Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.

Səfərin dəqiq tarixi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, axırıncı dəfə Fransanın sabiq prezidenti Nikola Sarkozi 2009-cu ildə Suriyaya səfər etmişdi./Report

Bizə qoşulun