Medianews.az
Mənə Putinlə danışmağa kömək et –
78 baxış

Mənə Putinlə danışmağa kömək et – Zelenski o liderə səsləndi

Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya Prezidenti Luiz İnasio Lula da Silvadan Rusiya ilə danışıqlarda vasitəçi olmağı xahiş edib.

Medianews.az xəbər verir ki, bu barədə “UOL” məlumat yayıb.

“Kiyev Lulanı vasitəçi kimi seçməsini onun Rusiya Prezidenti Vladimir Putinlə etibarlı münasibətlərinin olması ilə izah edir. Braziliya lideri uzun müddətdir Ukrayna-Rusiya münaqişəsində vasitəçilik təşəbbüsləri ilə çıxış edir.

Bildirilir ki, Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində Lula ilə görüş istəyib. Görüş zamanı Ukrayna lideri 40 dəqiqədən çox müddətdə Kiyevin mövqeyini Braziliya prezidentinə çatdırmağa çalışıb”, – deyə yazılıb.

Lula da Silvanın yaxın günlərdə Putinlə danışacağı gözlənilmir.

Lakin onun Rusiya lideri ilə sentyabrda BRICS Summit çərçivəsində görüşə biləcəyi qeyd olunur./ Globalinfo.az

Bizə qoşulun