Medianews.az
Məktəbin həyətində 22 yaşlı gənc
92 baxış

Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.

Hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.(Teleqraf)

Bizə qoşulun