Medianews.az
Məhkum səhvən
90 baxış

Məhkum səhvən azadlığa buraxıldı - FOTOLAR

Böyük Britaniyada 58 yaşlı məhkum səhvən azadlığa buraxılıb.

Medianews.az xəbər verir ki, o, öz oğlunu qaçırdığına görə məhkum edilib.

Kişi, 2024-cü ildə Fransada anası ilə yaşayan oğlunu Böyük Britaniya üzərindən Nigeriyaya aparıb. Britaniya məhkəməsi uşağın anasına qaytarılması barədə qərar verib. Lakin kişi buna əməl etmədiyiy üçün həbs olunub.

O, əvvəlcə altı ay həbs cəzasına məhkum ediilb. Lakin cəzası bitdikdən sonra da uşağı anasına verməkdən imtina edib. Buna görə də o, daha bir il müddətinə həbsxanaya göndərilib. Lakin bu məhkəmə qərarı həbsxana rəhbərliyinə çatmayıb və kişi azadlığa buraxılıb. Hökmə əsasən, kişi azadlığa çıxdıqdan sonra Fransaya ekstradisiya edilməli idi. Lakin o, səhvən azad olunaraq İspaniyaya qaçıb.

Hazırda kişi beynəlxalq axtarışa verilib. İspaniya hakimiyyətinin də məlumatlandırıldığı bildirilir.

Medianews.az

Bizə qoşulun