Medianews.az
Məhkəmə zalında
89 baxış

Məhkəmə zalında körpə dünyaya gəldi

ABŞ-də 33 yaşlı qadın məhkəmə zalında doğuş edib.

Medianews.az xəbər verir ki, hadisə mayın 15-də gecə saatlarında baş verib.

Narkotik saxlamaq və icazəsiz əraziyə daxil olmaqda ittiham olunan qadın məhkəmə qərarını gözləyərkən qəfil sancı keçirib. Məhkəmə əməkdaşları insanları zaldan çıxararaq ona kömək ediblər. Bir neçə dəqiqə sonra sağlam oğlan uşağı dünyaya gəlib.

Hüquq müdafiəçiləri qadının lazımi tibbi yardım olmadan və qandallı vəziyyətdə doğuş etdiyini iddia ediblər. Məhkəmə nümayəndələri isə bildiriblər ki, doğuş başladığı anda qandallar çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparılması və hamilə qadınlarla davranış qaydalarının yenidən nəzərdən keçirilməsi tələb olunur.

Medianews.az

Bizə qoşulun