Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın dəstəklənməsində Avropa və ABŞ-nin birliyi həlledici rol oynayıb.
Medianews.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
"Ukrayna məsələsində amerikalılarla avropalılar arasında birlik həlledici əhəmiyyət kəsb edir. Mən bunu dönə-dönə təkrar edirəm: biz birlikdə işləməliyik", - Fransa lideri bildirib.
Bununla belə, Makron Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ-nin mümkün xəyanəti barədə xəbərdarlıq etdiyinə dair xəbərləri təkzib edib. "Mən hər şeyi inkar edirəm"deyib.
Medianews.az