Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında neft-qaz sektoru üzrə 18,6 milyard dollar dəyərində ixrac qeydə alınıb.
Medianews.az bildirir ki, qalan ixrac statistikası belə rəsmiləşib:
meyvə-tərəvəz - 695,4 milyon dollar
plastmas və ondan hazırlanan məmulatlar - 317,4 milyon dollar
kimya sənayesi məhsulları - 285,3 milyon dollar
alüminium və ondan hazırlanan məmulatlar - 175,4 milyon dollar
pambıq lifi - 143,1 milyon dollar
qara metallar və onlardan hazırlanan məmulatlar - 76,2 milyon dollar
elektrik enerjisi - 64,5 milyon dollar
alkoqollu və alkoqolsuz içkilər, sirkə - 58,1 milyon dollar
şəkər - 51,3 milyon dollar
sement - 50,1 milyon dollar
tərəvəz və meyvələrin emal məhsulları - 29,6 milyon dollar
iplik pambıq - 27,4 milyon dollar
bitki və heyvan mənşəli piylər və yağlar - 23,09 milyon dollar
çay - 5,4 milyon dollar.
İdxalın ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri (2,9 milyard dollar), nəqliyyat vasitələri və onların hissələri (2,4 milyard dollar), yeyinti məhsulları (2,1 milyard dollar) göstərilir.
Qalan məhsullar belə sıralanır:
qara metallar və onlardan hazırlanan məmulatlar - 923,7 milyon dollar
plastmas və onlardan hazırlanan məmulatlar - 483,8 milyon dollar
əczaçılıq məhsulları - 424,7 milyon dollar
geyim və geyim ləvazimatı - 397,2 milyon dollar
oduncaq və ondan hazırlanan məmulatlar - 307,2 milyon dollar
mebel və onun hissələri - 122,9 milyon dollar
tütün və tütün məmulatları - 106,6 milyon dollar
gübrə - 75,08 milyon dollar.