Medianews.az
Rusiyada zəlzələ
23 baxış

Rusiyada zəlzələ oldu

Rusiyada 5,4 bal gücündə zəlzələ baş verib.

Medianews.az xəbər verir ki, zəlzələ Kamçatkanın şərq sahillərində Avaça körfəzində qeydə alınıb. 

Yeraltı təkanlar dekabrın 5-nə keçən gecə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 78 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı dənizin dibinin 62 kilometr dərinliyində yerləşib.

Petropavlovsk-Kamçatski sakinləri yeraltı təkanları sanki 4 baldan çox olmayan zəlzələ kimi hiss ediblər.

Dağıntılar və tələfatla bağlı məlumat aydın deyil.

Medianews.az

Bizə qoşulun