Medianews.az
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı
46 baxış

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18-ə çatdı - YENİLƏNİB

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.

16:24

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Medianews.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

15:47

Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Medianews.az report.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından ayrılan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun