Həkim Simon Feldhaus, qidaların sağlam və zərərli olması barədə mifi təkzib edib.
Medianews.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
O, insanları məhdudlaşdırıcı siyahılar yaratmamağa, boşqablarındakı qidaların mənşəyinə, saflığına və emalına diqqət yetirməyə çağırıb. "Ən vacib olan yeməyin keyfiyyətidir, onun hansı qida olması deyil", - həkim əlavə edib.
Məsələn, mütəxəssisin özü yalnız İsveçrənin müəyyən bölgələrində istehsal olunan əti yeyir. O, həmçinin yalnız mövsümi tərəvəz, meyvə və giləmeyvə yeməyi məsləhət görüb.
Medianews.az