Medianews.az
Məşhur aktyor vəfat etdi - FOTO
275 baxış

Məşhur aktyor vəfat etdi - FOTO

Hollivudun tanınmış aktyoru Keri-Hiroyuki Taqava vəfat edib.

Medianews.az xəbər verir ki, 75 yaşlı aktyor ABŞ-nin Santa-Barbara şəhərində dünyasını dəyişib.

Onun ölümünə səbəb insultdan sonra yaranan ağır fəsadlar olub.

Qeyd edək ki, Keri-Hiroyuki Taqava kino dünyasında geniş tanınmasını 1987-ci ildə Bernardo Bertoluççinin məşhur “Sonuncu imperator” filmindəki rolu ilə qazanmışdı. “Oskar”ın “Ən yaxşı film” nominasiyasında qalib olan bu ekran işi aktyorun beynəlxalq səviyyədə tanınmasına böyük təsir göstərmişdi.

Taqava xüsusilə “Mortal Kombat” filmlərində canlandırdığı Şan Szun obrazı ilə milyonlarla tamaşaçının yaddaşında qalmışdı. Onun kino karyerası Asiya və Hollivud film sənayesinin bir çox uğurlu layihələrini əhatə edir.

Medianews.az

Bizə qoşulun