Medianews.az
Mağazada müəmmalı hadisə:
158 baxış

Mağazada müəmmalı hadisə: çamadandan qan damdığı iddia edilir - VİDEO

Yaponiyada bir mağazada çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, Türkiyə vətəndaşı olan bir qadın mağazada əlində çamadan olan şəxsi gördükdən sonra çamadanın alt hissəsindən yerə qan damdığını iddia edib və hadisəni mobil telefonu ilə lentə alıb.

Kadrlarda qadının mağazaya daxil olduqdan sonra çamadan daşıyan şəxsi müşahidə etdiyi, bir qədər sonra isə çamadanın altından yerə damlayan qırmızı mayeni gördüyü əks olunur. Videoda qadının təəccüb və qorxu içində “İndi qanım dondu, ümid edirəm düşündüyüm kimi deyil. Çamadandan qan damır” dediyi eşidilir.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər geniş müzakirələr doğurub. Hadisənin mahiyyəti ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Medianews.az

Bizə qoşulun