İspaniya La Liqasının 12-ci turunun oyununda “Barselona” səfərdə “Selta”nı 4:2 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, Kataloniya klubunun 4 qolundan 3-nü hücumçu Robert Levandovski vurub. Bu, polyak futbolçunun son bir ildən artıq fasilədən sonra ilk het-triki olub. Sonuncu dəfə 2024-cü il oktyabrın 6-da “Alaves”ə qarşı matçda üç qol vurmuşdu.
Bundan başqa, Levandovski “Barsa” tarixində Viqodakı “Balaidos” stadionunda bir oyunda üç qol vuran ikinci futbolçu olub. İlk belə nailiyyətə 80 il əvvəl Sesar Rodriges imza atmışdı.