İspaniya millisinin gənc ulduzu Lamin Yamal Səudiyyə Ərəbistanı üzərində 4:0 hesablı qələbədən sonra matçın ən yaxşı oyunçusu seçilən Mikel Oyarzabal barədə danışıb.
Medianews.az xəbər verir ki, 18 yaşlı futbolçu FİFA-nın seçimini dəstəklədiyini bildirib.
“Bu mükafata Mikel layiq idi. Onun adına çox sevinirəm”, – deyə Yamal qeyd edib.
Qeyd edək ki, Oyarzabal sözügedən qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisi iki turdan sonra 4 xalla H qrupuna liderlik edir və növbəti oyunda Uruqvayla qarşılaşacaq.
Medianews.az