Medianews.az
Kriştianu Ronaldunun
114 baxış

Kriştianu Ronaldunun dəyəri azaldı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldunun "Transfermarkt" portalındakı dəyəri 10 milyon avro olaraq müəyyənləşib.

Medianews.az xəbər verir ki, bu barədə məlumat portalın bazasında aparılan son yenilənmədən sonra məlum olub.

Portuqaliyalı ulduzun transfer qiyməti iki milyon avro azalıb, belə ki, bundan əvvəl onun dəyəri 12 milyon avro təşkil edirdi. Səudiyyə Ərəbistanında forma geyinən ən bahalı futbolçu isə italiyalı hücumçu Mateo Reteqidir - "Transfermarkt"ın məlumatına əsasən, bu oyunçunun qiyməti 30 milyon avrodur. Ronaldunun "Ən-Nəsr"dəki komanda yoldaşı Juan Feliksin dəyəri isə ondan bir qədər ucuz - 28 milyon avroya bərabərdir.//Oxu.Az

Bizə qoşulun