Medianews.az
“Quldur yox, plan var” –
133 baxış

“Quldur yox, plan var” – Menecerin saxta soyğunçuluq ssenarisi ifşa olundu

Yaponiyada 36 yaşlı kafe meneceri saxta soyğun təşkil etdiyi üçün saxlanılıb.

Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin oktyabrında Namekava şəhərində baş verib. 

Menecer polisə zəng edərək müəssisənin kassasından 670 min yenin oğurlandığını və naməlum şəxsin ona bıçaqla hücum etdiyini iddia edib.

Lakin hadisə yerinə baxış zamanı müşahidə kameraları hücumçunun təsvirinə uyğun heç kimi qeydə almayıb. Araşdırma zamanı menecerin telefonunda “səhnələşdirilmiş soyğunçuluq” kimi axtarış sorğularının olduğu müəyyən edilib.

Yanvarın 29-da həbs edilən şəxs sonradan hadisəni özü qurduğunu etiraf edib. O bildirib ki, şəxsi xərclərini və paçinko salonlarında borclarını ödəmək üçün bu addımı atıb. Həmçinin inandırıcı görünməsi üçün özünü üzünə vurub.

Hadisə Yaponiyada sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər maraq üçün həmin ramen barına baş çəkmək istədiklərini qeyd ediblər.

Medianews.az 

Bizə qoşulun