Medianews.az
Gənc qadının tutuquşuları
134 baxış

Gənc qadının tutuquşuları “girov götürüldü”

Yaponiyada 26 yaşlı gənc 20 yaşlı tanışını tutuquşuları ilə şantaj edib. 

Medianews.az xəbər verir ki, qadının sözlərinə görə, kişi gecə saatlarında ona zəng edərək dörd tutuquşunu girov götürdüyünü bildirib. 

O, qadına geri qayıdaraq üzr istəməsini tələb edib və əks halda quşlara zərər verəcəyini deyib.

Zərərçəkmiş dərhal polisə müraciət edib. Hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlayıb.

Onun bu addımı atmaqda məqsədi və hadisənin detalları araşdırılır.

Rəsmi məlumata görə, tutuquşular təhlükəsizdir.

Medianews.az 

Bizə qoşulun