Medianews.az
Kənd adlarındə dəyişiklik:
100 baxış

Kənd adlarındə dəyişiklik: Yeni lövhələr vuruldu

Quba rayonunda rus mənşəli adlar daşıyan yaşayış məntəqələrinin yeni adları artıq rəsmi olaraq lövhələrdə də əks olunub.

Medianews.az xəbər verir ki, Alekseyevka inzibati ərazi dairəsi - Çinarlı, Timiryazev qəsəbəsi - Bəhrəli, Vladimirovka kəndi - Elbir adları ilə əvəzlənib.

Qubanın üç kəndinin adı dəyişdirilib. 

Xatırlatma: iyunun 1-də Prezident İlham Əliyev bununla bağlı Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab edilib.

Bundan başqa, Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi olub.//Yeni Sabah

Bizə qoşulun