Medianews.az
İsti havaların ən təhlükəli
98 baxış

İsti havaların ən təhlükəli QİDALARI

İsti hava şəraitində bir çox qida məhsullarının yararlılıq müddəti kəskin şəkildə azalır və onların xarab olma prosesi sürətlənir.

Medianews.az xəbər verir ki, bu haqda həkim İrina Volqina danışıb.

O bildirib ki, yüksək temperatur patogen mikroorqanizmlərin aktivləşməsinə və qida infeksiyalarının yaranmasına şərait yaradır.

Ən çox risk daşıyan qidalar:

  • Kremli şirniyyatlar: Süd və yumurta tərkibli qənnadı məhsulları yüksək təhlükə mənbəyidir.
  • Ət məhsulları: İsti havalarda kifayət qədər termiki emala məruz qalmamış ət məhsullarının istehlakı risklidir.
  • Süd məhsulları: Saxlanma şəraiti pozulduqda, bu məhsullarda zərərli mikroorqanizmlər sürətlə çoxalır.

Həkimin sözlərinə görə, zəhərlənmə zamanı hərarət, ümumi zəiflik, titrəmə, ürəkbulanma, qusma, diareya və qarın ağrıları kimi oxşar simptomlar müşahidə olunur.

Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır. Tibbi yardım gələnə qədər isə mədəni yumaq, bol maye qəbul etmək və zəhərlənmə əleyhinə preparatlar içmək tövsiyə olunur.

Medianews.az

Bizə qoşulun