Bosniya və Herseqovina millisinin baş məşqçisi Serqey Barbarez, DÇ-2026-da ABŞ-yə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşdıqları oyunu şərh edib.
Medianews.az xəbər verir ki, Barbarez rəqibin gücünü etiraf etsə də, komandasının mübarizəsindən razı qaldığını bildirib.
Onun sözlərinə görə, ABŞ həm ev sahibi olduğu, həm də güclü heyətə malik olduğu üçün aşkar favorit idi. “Lakin biz autsayder rolundan qorxmadıq. Matçdan əvvəl deyilən sözlər və jurnalistlərin şərhləri mənə təsir etmirdi. Bosniya kiçik ölkədir, belə şeylər olur. 1/8 finala yüksəlmək şansı olduğu üçün futbolçularımın əlavə motivasiyaya ehtiyacı yox idi. Təəssüf ki, 64-cü dəqiqədən sonra qazandığımız say üstünlüyündən yararlana bilmədik, amma komandamın bu turnirdəki mübarizəsindən razıyam”, - Barbarez bildirib.
Medianews.az