Rusiyalı tanınmış şərhçi Dmitri Quberniyev 2026-cı il dünya çempionatında İspaniya millisinin Kabo-Verde ilə heç-heçə etməsinə münasibət bildirib.
Medianews.az xəbər verir ki, şərhçi bu nəticənin turnirin ümumi mənzərəsinə təsir etmədiyini və erkən mərhələdə belə nəticələrin normal olduğunu qeyd edib.
Quberniyev nümunə olaraq 1982-ci il dünya çempionatında İtaliya millisinin qrup mərhələsində zəif çıxış etdiyini, lakin sonda turnirin qalibi olduğunu xatırladıb.
Onun sözlərinə görə, İspaniyanın ilk oyunda xal itirməsi komandanın gücünü azaltmır və uzun turnir ərzində vəziyyət dəyişə bilər.
Qeyd edək ki, İspaniya millisi mundialın ilk turunda Kabo-Verde ilə 0:0 hesablı heç-heçə edib.
Medianews.az