Medianews.az
İsi Mustafayevdən sonra müavini də işdən çıxdı -
96 baxış

İsi Mustafayevdən sonra müavini də işdən çıxdı - FOTO

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin rəhbərliyində növbəti dəyişiklik olub.

Qurumun İdarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, X.Əlizadə 2021-ci ildə "Azərpoçt"da baş direktorun müavini təyin edilib. Həmin vaxtlarda "Azərpoçt"un rəhbəri hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədri olan Əfqan Cəlilov olub. 2022-ci ildə şirkətin idarəetmə forması dəyişdiriləndən sonra X.Əlizadə qurumda İdarə heyətinin sədrinin müavini vəzifəsini tutub.

Xatırladaq ki, bundan bir müddət öncə (bu ilin aprel ayında) "Azərpoçt"un idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev qurumun idarə heyətinin sədri təyin edilib./Plat.az

İsi Mustafayevdən sonra müavini də "Azərpoçt"dan çıxdı

Bizə qoşulun