İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən etibarən hava məkanının açıldığı və bütün aeroportların fəaliyyətinin bərpa edildiyi barədə açıqlama yayıb.
Bu barədə "İraq" İnformasiya Agentliyi (INA) məlumat yayıb.
Bu ölkənin hava məkanı İran ətrafında münaqişənin başlanmasından bəri bağlı idi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumların ikihəftəlik dayandırılmasına razılıq verib, atəşkəs əldə olunub./oxu.az