Məlum olduğu kimi, İranın ali lideri Əli Xameneinin öldürülməsindən sonra ölkənin idarə olunması üçün müvəqqəti şura yaradılıb.
Martın 1-i səhər şuranın üç nəfərdən ibarət olduğu bəyan edilib və onlardan ikisinin adı açıqlanıb: prezident Məsud Pezeşkian və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei. Eyni zamanda qeyd edilib ki, Konstitusiya Keşikçiləri Şurasının üzvlərindən biri də ölkəni idarə etmək üçün yaradılan müvəqqəti şuraya daxil ediləcək.
Medianews.az bildirir ki, martın 1-i günorta saatlarında müvəqqəti şuranın üçüncü üzvünün də adı açıqlanıb. Bu, ayətullah Əlirza Ərafidir.
İran mediası xəbər verir ki, Əlirza Ərafi artıq Konstitusiya Keşikçiləri Şurasının üzvləri sırasına daxil edilib və ölkəni idarə edən müvəqqəti şuranın üzvü seçilib.
Əlirza Ərafi “Bəsic” qüvvələrinin rəhbəri, İranda ali rəhbəri seçən Ekspertlər Şurasının üzvüdür.
Ali rəhbərlikdə boşluq yarandığı halda ölkəni idarə etmək üçün müvəqqəti şuranın formalaşdırılması İran İslam Respublikasının qanunvericiliyində nəzərdə tutulub.