Medianews.az
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu:
164 baxış

Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb

Qara dənizdə, Rumıniya sahillərində yerləşən Sulina limanı yaxınlığında yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

Medianews.az musavat.com-a istinadən xəbər verir ki, Palau bayrağı altında üzən "AGN RAGNAR" adlı quru yük gəmisi Ukraynanın Sulina limanını tərk edərkən dron zərbəsinə məruz qalıb.

Hücum nəticəsində gəminin yaşayış bölməsi və kapitan körpüsü ciddi zədələnib, göyərtədə yanğın baş verib.

Məlumata görə, gəmidə 3 azərbaycanlı, 3 türkiyəli və 3 hindistanlı olmaqla ümumilikdə 9 dənizçi olub. Hadisə nəticəsində 2 hindistanlı dənizçinin itkin düşdüyü bildirilir.

Digər ekipaj üzvlərinin isə təhlükəsiz şəkildə təxliyə edildiyi qeyd olunur.

Bizə qoşulun