Medianews.az
İran Səudiyyənin neft yataqlarını hədəf almağa başladı
116 baxış

İran Səudiyyənin neft yataqlarını hədəf almağa başladı

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri “Şeyba” neft yatağına zərbə endirməyə çalışan PUA-nı zərərsizləşdirib.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, məlumatı Qətərin "Əl-Cəzirə" televiziya kanalı yayıb. Məlumata görə, Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin Rub əl-Xali səhrası üzərində “Şeyba” neft yatağına doğru gedən  pilotsuz təyyarəni məhv etdiyini təsdiqləyib. Bu açıqlama, İrandan Şahzadə Sultan Hava Bazasına atılan ballistik raketin məhv edilməsindən, eləcə də Ər-Riyada iki dron hücumunun qarşısının alınmasından bir neçə saat sonra verilib. 

Bizə qoşulun