İran ABŞ-nin dəniz blokadası fonunda anbarların daşmasının qarşısını almaq üçün neft hasilatını azaltmağa başlayıb.
Məlumatı Bloomberg İrandakı mənbələrə istinadən yayıb.
Bu mənbələrə görə, Tehran anbarlarının tamamilə dolmasını gözləmədən, hasilatı azaltmağa çox əvvəldən başlayıb.
İranlı mühəndislərin ciddi ziyan vurmadan neft quyularını dayandırmaq və sonra tez bir zamanda hasilatı bərpa etmək üçün lazımi təcrübəyə malik olduqları qeyd olunur./musavat.com