Medianews.az
İran F-35 vurduğunu iddia edir:
113 baxış

İran F-35 vurduğunu iddia edir: ABŞ-dən təsdiq yoxdur - FOTOLAR

İranın dövlət kanalı Press TV ABŞ-a məxsus F-35 döyüş təyyarəsinin vurulduğunu iddia edib.

Medianews.az xəbər verir ki, kanal ona aid olduğu bildirilən dağıntı görüntülərini yayımlayıb.

Məlumat təsdiqlənərsə, bu, F-35-in döyüş şəraitində vurulması ilə bağlı ilk hal kimi qeydə alına bilər.

İran tərəfinin açıqlamasına görə, təyyarə ölkənin mərkəzi səmasında hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Bildirilir ki, təyyarə tam dağıldığı üçün pilotun taleyi barədə hələlik məlumat yoxdur.

Yayılan görüntülərin vurulan təyyarəyə aid olduğu iddia olunur. Həmçinin qeyd edilir ki, həmin təyyarə Böyük Britaniyada yerləşən Lakenhit aviabazasındakı ABŞ qüvvələrinə bağlı olub.

Ekspertlərə görə, “görünməz” texnologiyası ilə tanınan F-35 indiyədək döyüşlərdə vurulmayıb və bu iddia təsdiqlənsə, hərbi aviasiya üçün mühüm hadisə hesab edilə bilər.

Medianews.az

Bizə qoşulun