Türkiyədə keçmiş həyat yoldaşından ayrıldığını və övladlarını görə bilmədiyini iddia edən bir qadın intihara cəhd edib.
Medianews.az xəbər verir ki, insident İstanbulun Esenyurt rayonunda baş verib.
Hadisə zamanı polis və yanğınsöndürmə xidmətləri uzun müddət qadını fikrindən daşındırmağa çalışsa da, nəticə əldə olunmayıb.
Qadın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü aşağı atıb.
O, yanğınsöndürənlərin əvvəlcədən açdığı hava yastığının üzərinə düşərək sağ qalıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan qadının müalicəsi davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.