Medianews.az
İnsanlar yatmaq üçün səyahət edir –
88 baxış

İnsanlar yatmaq üçün səyahət edir – YENİ TREND

ABŞ-də xüsusilə Z və Milenium nəsli arasında “yuxu tətili” (sleepcation) adlanan yeni trend sürətlə yayılır.

Medianews.az xəbər verir ki, insanlar iş stresindən uzaqlaşmaq üçün hotellərə gedərək əsasən yatmağa və istirahətə üstünlük verirlər.

Məlumata görə, bəzi hotellər bu trende uyğun xüsusi “yuxu paketləri” təqdim edir. Paketlərə rahatlaşdırıcı məhsullar, xüsusi yastıqlar, aromaterapiya vasitələri və digər istirahət xidmətləri daxildir.

Bu təcrübəni yaşayanlardan biri də 35 yaşlı səyahət yazarı Kaitlyn Rosatidir. O, son səfərində yalnız yatmaq üçün otelə getdiyini, ilk gecə 16 saat yatdığını və təcrübənin ona çox müsbət təsir etdiyini bildirib.

Mütəxəssislər isə bu trendin iş və şəxsi həyat balansındakı problemlərə müvəqqəti həll olduğunu qeyd edirlər. ABŞ Cənubi Kaliforniya Universitetinin yuxu mütəxəssisi Coys Adesina bildirir ki, uzunmüddətli sağlamlıq üçün davamlı və nizamlı yuxu daha vacibdir.

Buna baxmayaraq, bir çox insan üçün yuxu tətili gündəlik stressdən uzaqlaşmaq və tam istirahət etmək üçün nadir fürsət hesab olunur. Bəzi istifadəçilər bu təcrübəni “yenilənmə” kimi qiymətləndirirlər.

Digər tərəfdən, hər kəs bu trendlə razı deyil. Bəzi insanlar hesab edir ki, tətil vaxtını yatmağa sərf etmək “vaxt itkisidir” və istirahət daha aktiv formada olmalıdır.

Mütəxəssislərə görə, yuxu tətilləri hazırda turizm sektorunda yeni niş bazar formalaşdırır və hotellər üçün əlavə gəlir mənbəyinə çevrilir.

Niş bazar (niche market) - daha geniş bir bazarın spesifik ehtiyacları, üstünlükləri və ya xüsusiyyətləri ilə müəyyən edilən dar, ixtisaslaşmış seqmentidir.

Medianews.az

Bizə qoşulun