Medianews.az
İllər sonra ortaya çıxdı - Son halı hər kəsi heyrətləndirdi
107 baxış

İllər sonra ortaya çıxdı - Son halı hər kəsi heyrətləndirdi (FOTOLAR)

Bir dövr Türkiyənin ən məşhur gözəllik yarışması iştirakçılarından olan Aslı Sümen uzun müddətdir ekranlardan uzaq qalması ilə diqqət çəkirdi. Onun son görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə Türkiyə Gözəli seçilən Aslı Sümen son illərdə televiziya layihələrində az görünməsi səbəbindən pərəstişkarlarının maraq dairəsində olub.

Sosial şəbəkələrdə yayılan yeni görüntülərdə Sümenin əvvəlki görünüşünü qoruduğu və aktiv həyat tərzi sürdüyü diqqət çəkib. İzləyicilər onun dəyişmədiyini və hələ də gözəlliyi ilə seçildiyini bildiriblər.

Qeyd edək ki, Aslı Sümen gözəllik yarışmasındakı uğurundan sonra müxtəlif serial və layihələrdə yer alıb. Son dövrlər isə daha çox şəxsi həyatı və sosial media paylaşımları ilə gündəmə gəlib.

Onun yenidən ictimaiyyət qarşısına çıxması sosial şəbəkələrdə minlərlə bəyənmə və şərh toplayıb.

Medianews.az












Bizə qoşulun