Medianews.az
İlham İsmayıl əməliyyat olunub
97 baxış

İlham İsmayıl əməliyyat olunub

İctimai xadim İlham İsmayıl yanvarın 19-u Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında mədəsindən əməliyyat olunub, hazırda palata şəraitində müalicə alır.

Medianews.az-a danışan bacısı İlham İsmayılla telefon əlaqəsi saxladığını, səhhətinin düzəlməyə doğru getdiyini bildirib.

Birinci Qarabağ müharibəsinin veteranı olan İlham İsmayıl xəstəxanaya yanvarın 18-də daxili qanaxma diaqnozu ilə yerləşdirilib.

1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub. Polkovnik-leytenantdır.

İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun