Medianews.az
İldırım futbol meydançasına düşdü,
86 baxış

İldırım futbol meydançasına düşdü, ölən var

Malayziyanın Malakka şəhərində 28 yaşlı futbolçunu ildırım vurub.

Medianews.az xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında, "Rembau Indian Veteran FC" və "Tanjung Minyak FC" komandaları arasındakı yoldaşlıq oyun zamanı baş verib.

Matç başladıqdan təxminən 10 dəqiqə sonra yüngül yağış yağıb və ardınca güclü ildırım çaxıb. Şahidlərin sözlərinə görə, iki futbolçu və hakim qəfildən huşsuz halda yerə yıxılıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılsa da, həkimlər bədənində çoxsaylı yanıqlar olan 28 yaşlı Taneş adlı futbolçunun həyatını xilas edə bilməyiblər. İldırımın birbaşa ona düşdüyü ehtimal edilir. Digər yaralı futbolçu artıq evə buraxılıb, hakimin müalicəsi isə davam edir.

Malayziya Futbol Assosiasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb. Qurum rəhbərliyi təşkilatçıları pis hava şəraitində oyunları təxirə salmaqdan qorxmamağa çağırıb və stadionlarda ildırım aşkarlayan xüsusi sistemlərin quraşdırılmasının müzakirə olunduğunu bildirib.

Medianews.az

Bizə qoşulun