Medianews.az
Epstein dosyalarında
46 baxış

Epstein dosyalarında Makronun adı hallanır

ABŞ-də azyaşlılara qarşı cinsi istismar işi ilə tanınan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun adı da yer alıb.

BAKU.WS xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı milyonlarla sənəd arasında Epşteynin müxtəlif yazışmalarında Makronun ondan bir sıra siyasi və institusional məsələlərdə məsləhət istədiyi iddia olunur. Sənədlərdə Makronun prezident seçilməsindən əvvəl və sonra adı bir neçə dəfə çəkilir.

Məsələ Fransada da müzakirələrə səbəb olub. Müxalif siyasətçilər mümkün əlaqələrin araşdırılmasını tələb ediblər.

Qeyd edək ki, Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılıb, rəsmi qurumlar onun intihar etdiyini açıqlayıb.

Bizə qoşulun