Medianews.az
"İdrak" liseyində müəllimin güllələndiyi silahın sahibi cinayət təqibinə
136 baxış

"İdrak" liseyində müəllimin güllələndiyi silahın sahibi cinayət təqibinə cəlb olundu

"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə cəlb olunub.

Bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

O bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Silahın sahibi ilə də bağlı cinayət təqibi aparılır. Nəticəsi barədə ictimaiyyətə cəmiyyətə məlumat veriləcək".

Bizə qoşulun