Zaqatala Rayon İcra Hakimiyyətinin iki əməkdaşı vəzifəsindən azad olunub.
Medianews.az Oxu.Az-a məlumatı verir ki,, bununla bağlı müvafiq əmrlər imzalanıb.
Sənədə əsasən, icra hakimiyyətinin baş məsləhətçiləri Ruqiyyət Sultanova və Zəminə Qostiyeva dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar tutduqları vəzifələrdən azad ediliblər.
Xatırladaq ki, R.Sultanova Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.