“Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin cari mövsümün sonunda klubdan ayrılacağı ehtimal olunur.
Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Onun getməsinin mümkün səbəbi klub rəhbərlikdəki əsas fiqurlardan biri olan Zlatan İbrahimoviçlə münaqişədir. Onlar növbəti mövsüm üçün üçüncü qapıçının kimliyi ilə bağlı fikir ayrılığına düşüblər.
Məşqçi, həmçinin “Milan”ın ən sərt tənqidçilərindən biri olan Antonio Kassano ilə İbranın isti münasibətlərindən də narazı qalıb. Bundan əlavə, İbrahimoviç məşqçinin işinə müdaxilə edərək Yusuf Fofana və Rafael Leaoya taktiki məsləhətlər verib.
Münaqişə aprelin əvvəlində başlayıb və bundan sonra İbrahimoviç bir neçə həftə Milanello təlim-məşq bazasına getməyib. Alleqri komandanın gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayaraq “Milan”ı tərk etmək niyyətindədir. Məşqçinin Covanni Malaqonun İtaliya Futbol Federasiyasının yeni prezidenti olması halında İtaliya millisini idarə etmək şansı yüksəkdir./publika.az